Beyləqanda su kanalında batan şəxsin meyiti tapılıb

Yuxarı Qarabağ kanalının Beyləqan rayonunun Eyvazlılar kəndi ərazisindən keçən hissəsində batdığı ehtimal olunan 1971-ci il təvəllüdlü Mirzəyev Mərdan Qardaşxan oğlunun axtarışları başa çatıb.

Fövqəladə Hallar Nazirliyindən "Report"a bildirilib ki, M.Mirzəyevin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə