"Maykl" zəifləsə də, təhlükə aradan qalxmayıb

"Maykl" qasırğası beş ballıq şkalaya əsasən xeyli zəifləsə də, təhlükənin aradan qalxmadığı bildirilir. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bundan öncə küləyinin sürəti saatda 250 km olan qasırğa saatda 150 km-ə qədər zəifləyib. Lakin yağan leysan yağış və onun yaratdığı daşqınlar hələ də təhlükə mənbəyi kimi qalmaqdadır.

Qeyd edək ki, qasırğa Florida ərazisinə keçib. Qasırğanın potensial zərəri milyard dollarla qiymətləndirilir.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə