Lökbatanda mikroavtobus aşıb - ölən var

Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. DİN-dən SİA-ya verilən məlumata görə, oktyabrın 8-də saat 11 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində Lənkəran rayon sakini Hüseynağa Zəkiyev idarə etdiyi “Ford Transit” markalı mikroavtobusu aşırıb.

Nəticədə sürücü və sərnişinləri - Lerik rayon sakini Qəmər Salayeva və Davud Qasımov xəstəxanaya yerləşdirilib, Q.Salayeva orada ölüb. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə