Novorossiyk-Bakı aviareysində insident baş verib BOMBA TƏHDİDİ

Rusiyanın Daxili İşlər Nazirliyinin Sibir federal dairəsi üzrə nəqliyyat idarəsi məlumat yayıb ki, Novosibirsk-Bakı aviareysinin sərnişini onu biznes klas salonuna əyləşdirməyəcəkləri halda təyyarəni partladacağını deyib. SİA xəbər verir ki, bu barədə “vesti.ru” saytı yazır.

Artıq yalan vasitəsilə terror hədəsi edəcəyi ilə bağlı həmin sərnişinə qarşı Rusiya Federasiyasının qanunlarına müvafiq cinayət işi açılıb. Onu beş ilə qədər həbs gözləyir.

Məlumatda qeyd olunur ki, Novosibirskin “Tolmaçevo” hava limanına sərnişinlərdən birinin təyyarəni partladacağı ilə bağlı təhdid etməsi barədə informasiya daxil olub. Polislər operativ qaydada hadisə yerinə gediblər. Bəlli olub ki, 51 yaşlı Krasnoyarsk sakini təyyarə heyətindən ekonom klasdan biznes klasa köçürülməsini tələb edib. Lakin heyət onun bu tələbini rədd edib. Buna cavab olaraq, həmin şəxs bəyan edib ki, üzərində bomba var və təyyarəni partladacaq.

Bundan sonra sərnişinlər təxliyyə edilərək, təyyarənin yük yerində təcili yoxlamalar aparılıb. Lakin heç bir partladıcı aşkar olunmayıb və sonda təyyarə Bakıya uçmağa müvəffəq olub.

Qanun pozan sərnişini isə “Tolmaşevo” hava limanının növbəti məntəqəsinə aparıblar.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə