Türkiyədə mikroavtobus aşıb: ölənlər və yaralananlar var

Türkiyənin Kocaeli vilayətinin Körfəz rayonunda müəllimləri və şagirdləri daşıyan mikroavtobus qəzaya düşüb.

Mikroavtobusun təkərinin partlaması nəticəsində baş verən qəzada 2 nəfər həlak olub, 17 nəfər yaralanıb. Həlak olanlardan biri müəllim, digəri şagirddir. Yaralılar xəstəxanalara yerləşdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə