Sumqayıtda yük maşını qadını vurub

Sumqayıt şəhərində yük avtomobili qadın piyadanı vuraraq öldürüb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən məlumata görə, hadisə sentyabrın 19-da, saat 11:00 radələrində şəhərin 43-cü məhəlləsinin ərazisində qeydə alınıb.

Belə ki, Sumqayıt şəhər sakini Fariz Xəlilov idarə etdiyi “Ford” (yük) markalı avtomobillə yolu keçən həmyerliləri Ətifə Kəlbəliyevanı və nəvəsi – 6 yaşlı Röyal Kəlbəliyevi vurub. Nəticədə, qadın hadisə yerində ölüb, azyaşlı isə xəstəxanaya yerləşdirilib.

Sumqayıt şəhər Polis idarəsi tərəfindən araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...