Kürdəmirdəki güllələnmə ilə bağlı rəsmi açıqlama

Sentyabrın 18-də Kürdəmir şəhərinin C.Cabbarlı küçəsində şəhər sakini, əvvəllər məhkum olunmuş Mübariz Əhmədov münaqişə zəminində tüfəngdən açdığı atəşlə həmyerlisi Elsevər Məmmədova xəsarət yetirib hadisə yerini tərk edib. SİA DİN-ə istinadən xəbər verir ki, xəstəxanaya yerləşdirilmiş E.Məmmədov ölüb.

Kürdəmir RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində M.Əhmədov saxlanılmış və ondan cinayətdə istifadə etdiyi “Girsan” markalı ov tüfəngi götürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə