Yol qəzasında yaralanan şəxs evində ölüb

Quba rayonunda baş vermiş yol qəzasında yaralanan şəxs evində ölüb. "Report"un Şimal bürosunun verdiyi məlumata görə, sentyabrın 10-da Qubanın Rustov kəndində iki avtomobilin toqquşması nəticəsində ağır yaralanan şəxslərdən biri, "Renault" markalı avtomobilin sürücüsü, 1954-cü il təvəllüdlü Hikmət Nəsirov öz evində dünyasını dəyişib.

Qeyd edək ki, "Daewoo Nexia" və "Renault" markalı minik avtomobillərinin toqquşması nəticəsində birinci maşının sürücüsü - Qubanın Afurca kəndinin sakini, 1963-cü il təvəllüdlü Namiq Nəsrulla oğlu Siracov və Hikmət Nəsirovun nəvəsi, 2002-ci il təvəllüdlü, Rustov kənd sakini Aytac Ramil qızı Nəsirova xəsarət alıb. Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...