Gəncədə bıçaqlanma hadisəsi baş verib

Gəncə şəhərində bıçaqlanma hadisəsi baş verib. "Report"un Qərb bürosunun məlumatına görə, 30 yaşlı Yusibov Orxan Rövşən oğlu şəhərin Məhsəti qəsəbəsindən keçən yolun kənarında aşkar edilib.

Qarın nahiyəsində bıçaq xəsarəti olan kişi ətrafdakıların köməkliyi ilə xəstəxanaya çatdırılıb.

O, dərhal əməliyyat edilib. Vəziyyətinin orta-ağır olduğu bildirilir. O.Yusibovun kim tərəfindən və hansı şəraitdə bıçaqlandığı hələ ki, məlum deyil. Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...