Bakı sakini 41 yaşlı qonşusunu öldürüb qaçdı

Bakıda qətl hadisəsi baş verib. SİA-nın məlumatına görə, hadisə Suraxanı rayonu ərazisində baş verib.

1979-cu il təvəllüdlü Abuzərov Dostəli Rəşid oğlu Suraxanı rayonunun Zeytun bağları adlanan çöllük ərazidə qonşusu, 1977-ci il təvəllüdlü Qədirov Sərsəng Alxas oğlu ilə mübahisə edib. Mübahisə nəticəsində D.Abuzərov S.Qədirovu bıçaqla qətlə yetirərək hadisə yerindən qaçıb.

Faktla bağlı Suraxanı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb və D. Abuzərovun tutulması istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə