Bakıda məhbusun gizlətdiyi silahlar tapıldı

Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının müxtəlif cinayətlərin üstünün açılması istiqamətində Respublikanın hüquq-mühafizə orqanları ilə qarşılıqlı əməkdaşlığı davam edir. Xidmətdən SİA-ya verilən məlumata görə, Penitensiar Xidmətin və 16 saylı cəzaçəkmə müəssisəsinin əməliyyat aparatlarının və Daxili İşlər Nazirliyinin Bakı şəhəri Sabunçu RPİ-nin 15- ci polis bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində Cinayət Məcəlləsinin 221.3, 228.2.1, 66.2 və 67.1-ci maddələri ilə 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş Bodurov Vüqar Nizaməddin oğlunun həbs edilməmişdən əvvəl Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsi ərazisində gizlətdiyi 1 ədəd lüləsi və qundağı kəsilmiş 3-17 modelli, tək lüləli, 16 kalibrli tüfəng və nömrəsi oxunmayan tapança tipli silah aşkar edilərək götürülmüşdür.

Fakt üzrə Bakı şəhəri Sabunçu RPİ-nin 15- ci polis bölməsi tərəfindən araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə