Şirvan Şəhər Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsi (DYPB) hərəkətin intensiv olduğu ərazilərdə yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə profilaktiki reyd keçirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan şəhərində regional qrupundan SİA-ya verilən məlumata görə, reyd zamanı piyada keçidlərindən istifadə etməyərək öz həyatları ilə bərabər, digər hərəkət iştirakçılarına da ciddi təhlükə yaradan piyadalar saxlanılıb. DYPB-nin əməkdaşları tərəfindən onlarla maarifləndirici söhbətlər aparılıb. Həmin piyadalara yol hərəkətinin təhlükəsizliyi barədə məlumatlar verilib.

Piyadalar arasında intizamın möhkəmləndirilməsi, hərəkətin təhlükəsizliyinin təmin olunması, xüsusilə də piyadaların yol hərəkəti ilə bağlı həyat və sağlamlığının qorunması məqsədilə bu cür reydlərin davam etdirilməsi nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə