Daşkəsəndə oğul ata və anasını baltalayıb

Daşkəsəndə həbsdən çıxan oğul ata və anasını baltalayıb. "Report"un Qərb bürosunun məlumatına görə, rayonun Qabaqtəpə kəndində yaşayan, 1944-cü il təvəllüdlü İlyas Həmzə oğlu Bağırov və onun həyat yoldaşı, 1954-cü il təvəllüdlü Tamara Mövsüm qızı Bağırova öz oğlu, Firdovsi İlyas oğlu Bağırov tərəfindən baltalanıblar. Hər iki şəxs baş və üz nahiyəsindən çox saylı ağır xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər.

Hazırda reanimasiya şöbəsində müalicəsi davam edən ər və arvadın vəziyyətinin ağır olduğu bildirilir.

Məlumata görə, F.Bağırov həbsxanadan yeni çıxıb. Hadisənin hansı səbəbdən baş verdiyi isə hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə