Xaçmaz rayonunda yol qəzası baş verib

Xaçmaz rayonunda yol qəzası baş verib. Fövqəladə Hallar Nazirliyindən SİA-ya verilən məlumata görə, rayonun Çarxı kəndində "VAZ" markalı minik avtomobili beton maneəyə çırpılıb.

Hadisə yerinə cəlb olunmuş Şimal Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri avtomobildə sıxılmış vəziyyətdə qalmış sürücünü deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat başa çatıb.​

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...