Oğuz rayonunda yol qəzası baş verib. "Report"un Şimal-qərb bürosunun verdiyi məlumata görə, hadisə bu gün günorta saatlarında rayonun Xaçmaz kəndində qeydə alınıb.

Belə ki, həmin kəndin sakini, 1994-cü il təvəllüdlü Nail Nəriman oğlu İbrahimli idarə etdiyi "Mercedes" markalı minik avtomobilini ağaca çırpıb. Nəticədə sürücü və onun sərnişinləri - Xaçmaz kəndinin sakinləri - 1993-cü il təvəllüdlü Nəsib Ənvər oğlu Fərzəlizadə və 1995-ci il təvəllüdlü Təbriz Arzu oğlu Xəlilov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Daha sonra hər üç yaralı vəziyyətləri ağır olduğundan Şəki Rayon Mərkəzi Xəstəxanasına göndərilib. Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə