Qazax rayonunda qadın intihara cəhd göstərib. "Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Dəmirçilər kəndində qeydə alınıb.

Belə ki, həmin kəndin sakini, 1979-cu il təvəllüdlü E.S. yaşadığı evdə müxtəlif adda dərmanlar içərək özünü zəhərləyib. Ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən qadının ruhi xəstə olduğu bildirilir. Onun Qazax Rayonlararası Ruhi Xəstəxanada qeydiyyatda olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə