FHN Qurban bayramı günlərində gücləndirilmiş iş rejimində çalışacaq

Qurban bayramı günlərində Fövqəladə Hallar Nazirliyinin qəza-xilasetmə qurumları və regional mərkəzləri gücləndirilmiş iş rejimində işləyəcək.

Fövqəladə Hallar Nazirliyindən SİA-ya bildiriblər ki, bu məqsədlə imzalanmış əmrə əsasən həmin qurumların növbətçi və ehtiyat qüvvələri yüksək hazırlıq səviyyəsinə gətirilib, aidiyyəti üzrə şəxsi heyət əlavə olaraq təlimatlandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə