Ağstafada qəza zamanı ana körpəsi ilə özünü maşından yerə atıb

Ağstafa rayonunda yol qəzası nəticəsində iki nəfər xəsarət alıb. "Report"un Qərb bürosunun məlumatına görə, qəza zamanı 1990-cı il təvəllüdlü Nərmin Osmanova qucağındakı 1 yaşlı oğlu ilə birgə özünü maşından yerə atıb.

Müxtəlif bədən xəsarətləri alan qadın övladı ilə birgə xəstəxanaya yerləşdirilib. Onlardan N.Osmanovanın vəziyyətinin orta-ağır, övladının vəziyyətinin isə normal olduğu bildirilir. Hazırda qəzanın səbəbləri araşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə