Egey dənizində 4.9 bal gücündə zəlzələ baş verib. SİA-nın məlumatına görə, bu barədə Türkiyə Nazirlər Kabineti yanında Təbii Fəlakət və Fövqəladə Hallar İdarəsi məlumat yayıb. Ocağın 19 kilometr dərinliyində baş verən zəlzələ Muğla vilayətinin Datça rayonunda hiss edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə