Köşkdən oğurluq edən şəxs tutulub

Xaçmaz rayonunda oğurluq etmiş şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, avqustun 13-də Xaçmaz rayonu Qımılqışlaq kənd sakini Zaur Mustafayev rayon Polis şöbəsinə (RPŞ) ərizə ilə müraciət edərək üç gün əvvəl naməlum şəxs və ya şəxslər tərəfindən avtovağzal ərazisində icarə əsasında işlətdiyi köşkdən 2500 manat və 1700 rubl pulunun oğurlandığını bildirib.

Xaçmaz RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini Şirin Həsənli saxlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə