Qəbirstanlıqda çətənə kolları aşkarlandı

Qubada qəbiristanlıqda çətənə becərən şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən SİA-ya bildirilib ki, daxil olmuş məlumat əsasında Quba rayon Polis şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş rayon sakini Rövşən Axundov saxlanılıb.

Hal şahidlərinin iştirakı ilə onun üzərinə baxış zamanı sağ cibindən siqaret kağızına bükülmüş qurudulmuş marixuana, həmçinin R.Axundov tərəfindən rayon ərazisində yerləşən qəbiristanlığın ərazisində xüsusi aqrotexniki qaydada qulluq edilərək becərilmiş hündürlüyü 90-168 sm olan 6 ədəd çətənə bitkiləri aşkar olunaraq götürülüb. Rövşən Axundov cətənə kollarını özü əkdiyini etiraf edib.

Faktla bağlı Quba RPŞ-də araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...