Hacıqabul avtomobil aşıb, xəsarət alan var

Hacıqabul rayonunda yol qəzası baş verib.

SİA-nın məlumatına görə, hadisə Bakı-Qazax avtomobil yolunun rayonun Padarçöl kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Qazax rayon sakini, 1987-ci il təvəllüdlü Aynur İsa qızı Xəlilovnın idarə etdiyi 99 LA 877 dövlət qeydiyyat nişanlı "Hyundai" markalı minik avtomobili idarəetmədən çıxaraq aşıb. Nəticədə sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə