Məhkum yenidən həbsxanaya qayıtdı

Bərdə rayon sakinindən silah-sursat götürülüb. DİN-dən SİA-ya verilən xəbərə görə, daxil olmuş məlumat əsasında DİN-in Baş Cinayət Axtarışı İdarəsi və Füzuli RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Böyük Bəhmənli kənd sakini Mücəllət Ələkbərovun idarə etdiyi “VAZ-2107” markalı avtomobil saxlanılıb, sərnişini Bərdə rayon sakini, əvvəllər məhkum olunmuş Sənan Zülfüqarovdan 1 ədəd tapança, 5 ədəd patron və 1 ədəd patron darağı götürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə