Cəlilabadda evdə yanğın xəsarət alan var

Cəlilabad rayonunun Cəfərxanlı kəndində ümumi sahəsi 270 kvadratmetr olan ikimərtəbəli evdə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən SİA-ya verilən məlumata görə, hadisə nəticəsində evin birinci mərtəbəsində aynabəndin tavanı və döşəməsi yanıb. Yanğın zamanı bir nəfər yanıq xəsarəti alıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə