26 yaşlı gənc özünü vaqondan asaraq intihar edib

Şəmkir rayonunda 26 yaşlı gənc intihar edib. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə rayonun Könüllü kəndinin ərazisindəki Alabaşlı dəmir yolu stansiyasınıda qeydə alınıb.

1992-ci il təvəllüdlü Nadir Məmmədov özünü Alabaşlı dəmir yolu stansiyasınıda yük vaqonundan asaraq intihar edib.

Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (Özünü ölüm həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, intiharın səbəbləri araşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə