Gəncədə dəhşətli yol-nəqliyyat hadisəsi baş verib

Xətai rayonunun Gəncə prospektində yol-nəqliyyat hadisəsi baş verib. DİN-dən SİA-ya verilən məlumata görə, avqustun 16-da saat 02 radələrində Xətai rayonunun Gəncə prospektində Bakı şəhər sakini Elşən Şahverdiyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolun kənarında dayanmış paytaxt sakinləri Azər Mirzəyevi, Fuad Şirinovu və Lənkaran rayon sakini Samir Mustafayevi vurub. Nəticədə S.Mustafayev hadisə yerində ölüb, digər iki piyada isə xəstəxanaya yerləşdirilib.

Xətai RPİ tərəfindən araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə