Goranboyda yol qəzası baş verib

Goranboy rayonunda yol qəzası baş verib. "Report"un Qərb bürosunun məlumatına görə, hadisə Bakı-Qazax avtomobil yolunun Goranboy rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “Ford” markalı yük maşını “KamAZ” markalı maşının arxasına çırpılıb. Nəticədə firmalardan birinə məxsus olan "Ford" markalı avtomobilin sürücüsü - Göyçay rayon sakini, 1992-ci il təvəllüdlü Samir Ələkbərov və sərnişini - İsmayıllı rayon sakini, 1993-cü il təvəllüdlü Nicat Rəsulzadə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Qəza zamanı yüngül yaralanan sərnişini təcili yardım avtomobilini gözləmədən yolda xidmət aparan 8-ci tağımın əməkdaşı, polis serjantı Emin Məmmədov dərhal xidməti maşınla Goranboy Rayon Mərkəzi Xəstəxanasına çatdırıb. Ağır yaralı isə təcili yardım avtomobili ilə xəstəxanaya aparılıb.

Hər iki yaralı Goranboy Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. Onlardan N.Rəsulzadənin vəziyyəti daha ağır olduğundan Gəncə şəhərində yerləşən özəl xəstəxanaların birinə göndərilib. Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...