Avtobus 3 yaşlı körpəni vuraraq öldürdü

Bakıda ölümlə nəticələnən avtobus qəzası baş verib. SİA xəbər verir ki, hadisə Xətai rayonu, Nəsrəddin Tusi küçəsi 15-in qarşısında qeydə alınıb.

Belə ki, gündüz saat 13:00 radələrində 1968-ci il təvəllüdlü Şuriyyə Həsən oğlu Həsənovun idarə etdiyi 62 saylı xətt avtobusu 2015-ci il təvəlldülü Aygün Kənan qızı Binnətovanı vurub.

Körpəni xəstəxanaya çatdırsalar da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla əlaqədar Xətai RPİ-nin İstintaq şöbəsində cinayət məcəlləsinin 263.2-ci maddəsiylə cinayət işi başlanıb və sürücü istintaqa cəlb olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...