Gəncədə yanğın qeydə alınıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, Gəncə şəhərinin Nizami rayonununda ümumi sahəsi 70 m² olan tikilinin (kafe kimi fəaliyyət göstərir) mətbəxinin yanar konstruksiyaları 20 m² sahədə yanıb. Yüksək temperaturdan lambirdən ibarət tavan 20 m² sahədə əriyib.

Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə