Lənkəranda gənc qadın bıçaqlanıb

Lənkəran rayonunda gənc qadın ağır xəsarət alıb. "Report"un Cənub bürosunun məlumatına görə, Liman şəhəri, M.Ə.Rəsulzadə küçəsi, 50 ünvanında qeydiyyatda olan 1994-cü il təvəllüdlü Əlizadə Gülsüma Ceyhun qızı axşam saat 21:30 radələrində bədənin müxtəlif nahiyələrinin kəsilmiş-deşilmiş yaraları ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına daxil olub.

Yaxınları G.Əlizadənin ehtiyatsızlıqdan xəsarət aldığını söyləyiblər. Yaralının tibbi müayinəsi zamanı onun sağ qoltuqaltı nahiyəsində, sağ qolun iç nahiyəsində və sağ budun sağ nahiyələrində daxilə nüfuz edən kəsilmiş-deşilmiş yaraların olduğu müəyyən edilərək cərrahi əməliyyat olunub.

G.Əlizadə əvvəllər ailəli olub. Əldə etdiyimiz məlumata görə, hadisə ailə münaqişəsi zəminində Elşən adlı yaxın qohumu tərəfindən törədilib.

Bütün xəbərlər Facebook səhifəmizdə