Salyanda iki maşın toqquşdu Ölən var

Salyan rayonunun Qaraçala qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. DİN-dən SİA-ya verilən məlumata görə, avqustun 13-də saat 15 radələrində Salyan rayonunun Qaraçala qəsəbəsi ərazisində qəsəbə sakinləri İlham Baxşıyevin idarə etdiyi "VAZ-2107" və Vasif İsmayılovun idarə etdiyi "Hyundai" markalı avtomobillər toqquşub.

Xəstəxanaya yerləşdirilmiş İ.Baxşıyev ölüb.

Salyan RPŞ tərəfindən araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə