Bərdədə yeniyetmə qız qaçırılıb

Bərdə rayonunda yeniyetmə qız qaçırılıb. "Report"un Qarabağ bürosunun məlumatına görə, hadisə rayonun Koroğlu küçəsində qeydə alınıb. Belə ki, Bərdə rayon sakini, 2001-ci il təvəllüdlü Z.M. evlənmək məqsədilə Xəyyam adlı oğlan tərəfindən qaçırılıb.

Bərdə rayon Polis şöbəsindən "Report"un yerli bürosuna faktı təsdiqləyiblər. Araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə