Lənkəran sakini dənizdə boğulub

Lənkəran sakini dənizdə boğulub. "Report"un Cənub bürosunun məlumatına görə, hadisə Xəzər dənizinin Lənkəran şəhər sahilində qeydə alınıb.

Belə ki, Lənkəran şəhər sakini, 1959-ci il təvəllüdlü Mirnizam Mirhəsən oğlu Ağayev dənizdə böğularkən ətrafdakılar Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinə məlumat veriblər. Xidmətin dalğıc-axtarış qrupu onun meyitini sudan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə