91 yaşlı "avtoş" avtomobili ilə supermarketə girdi

Almaniyanın Saarbrüken şəhərində 91 yaşlı kişi avtomobili ilə supermarketə girib. SİA RİA Novosti agentliyinə istinadla bildirir ki, hadisə nəticəsində azı 5 nəfər xəsarət alıb, onlardan üçünün vəziyyəti ağırdır. Sürücünün özü isə qəzadan xəsarətsiz çıxıb.

Hadisənin başvermə səbəbləri araşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə