Nabranda itkin düşən uşaq tapılıb SƏS TV

Ötən gün Xaçmaz rayonunun Nabran qəsəbəsindəki istirahət mərkəzlərinin birinin ərazisində olarkən naməlum şəraitdə itkin düşmüş 2015-ci il təvəllüdlü Novruzov İsmayıl Elçin oğlun tapılıb.

Uşağı FHN-in əməkdaşları tapıb. Uşaq itkin düşdüyü ərazidən xeyli aralıda, çay kənarından tapılıb. Artıq İsmayıl ailəsinə təhvil verilib.

Uşağın dayısı Məhəmməd Mehdiyevin iddiasına görə, balaca İsmayılın tapıldığı ərazidə bir neçə saat bundan əvvəl də axtarış aparılıb, ancaq o, orada olmayıb. Ehtimal edilir ki, 3 yaşlı İsmayıl kimlərsə tərəfindən həmin yerə sonradan gətirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə