Qazaxda bıçaqlanma olub. APA-nın qərb bürosunun verdiyi məlumata görə, Qazax şəhərində kirayə yaşayan Bakı şəhər sakini, 1988-ci il təvəllüdlü Əli Əlimuradov münaqişə zəminində kürək nahiyəsindən bıçaqlanıb. O, təcili tibbi yardım avtomobili ilə xəstəxanaya aparılıb. Ə. Əlimuradov tanımadığı şəxs tərəfindən bıçaqlandığını deyib. Faktla bağlı Qazax rayon Polis Şöbəsində araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə