Şəkidə 32 yaşlı qadın dərmandan zəhərlənib

Şəkidə 32 yaşlı qadın dərmandan zəhərlənib. APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, dünən Şəki şəhəri, F.X. Xoyski küçəsi ev 52 ünvanında yaşayan 1986-cı il təvəllüdlü Səidə Nərbala qızı Məmmədkərimova zəhərlənmə əlamətləri ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) daxil olub.

MRX-dan APA-ya bildirilib ki, müayinə zamanı 32 yaşlı Səidə Məmmədkərimovanın hələ ki məlum olmayan səbəbdən müxtəlif adda 15 ədəd dərman həbi qəbul etdiyi müəyyənləşib. Səidə Məmmədkərimovanın müalicəsi xəstəxananın reanimasiya şöbəsində aparılır, vəziyyəti orta-ağır qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə