Ağır qəza nəticəsində iki nəfər ölüb FOTO

İyulun 22-də Ələt-Astara magistral yolunun Cəlilabad rayonundan keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib. SİA-nın məlumatına görə, "Mercedes" markalı minik avtomobilinin pomidor məhsulu yüklənmiş motosikletlə toqquşması nəticəsində Masallı rayonunun Köçərli kəndinin sakinləri Tural və Yalçın Mirzəyev qardaşları ağır bədən xəsarəti alıblar. Qardaşlar xəstəxanaya aparılarkən yolda keçiniblər. Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə