Bakıda avtomobillərdən oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar

Bakının Nəsimi rayonu ərazisində avtomobillərdən oğurluq etməkdə şübhəli bilinən şəxslər polis əməkdaşları tərəfindən saxlanılıblar. Bu barədə SİA-ya DİN-in mətbuat xidmətindən məlumat verilib.

Belə ki, Nəsimi Rayon Polis İdarəsinin (RPİ) 21-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini M.Səlimliyə məxsus “Mercedes” markalı avtomobilin yan güzgülərini oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Xanlar Hüseynov saxlanılıb.

20-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində isə paytaxt sakini F.Qədimovun “VAZ-2106” markalı avtomobilindən maqnitofon oğurlamaqda şübhəli bilinən Ağdaş rayon sakini Rəsul Rəhimov saxlanılıb.

Qeyd edək ki, faktlarla bağlı araşdırmalar aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə