Şəmkirdə “Mercedes” “Ford”la toqquşub

Şəmkirdə yol qəzası baş verib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, Bakı-Qazax magistral yolunun Şəmkir şəhərindən keçən hissəsində “Mercedes” və “Ford” markalı avtomobillər toqquşub.

İlkin məlumata əsasən, qəza nəticəsində 3 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə