Binəqədidə mənzildən qadın meyiti tapılıb

Bakı şəhərinin Binəqədi rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. FHN-dən SİA-ya verilən məlumata görə, hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1961-ci il təvəllüdlü Quliyeva Sevinc Süleyman qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə