Bakıda sərnişin avtobusunda yanğın olub

Bakı şəhərinin Nizami rayonunda 35 saylı sərnişin avtobusunda yanğın baş verib. "Report" xəbər verir ki, hadisə dünən axşam "Neftçilər" metrosunun yaxınlığında qeydə alınıb.

Yanğın hadisə yerinə çağırılmış Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürənləri tərəfindən söndürülüb, xəsarət alan olmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə