Cəlilabad və Mingəçevirdəki yol qəzalarında 3 nəfər ölüb

Cəlilabadda taxıl daşıyan yük avtomobilinin aşması nəticəsində sürücü dünyasını dəyişib. Xezerxeber.az-ın məlumatına görə, hadisə rayonun Məşədilər kəndi ərazisində qeydə alınıb. Rayon sakini 53 yaşlı Məhəmməd Nuruyevə məxsus buğda ilə yüklü avtomobil təpəlik ərazidə idarəetmədən çıxaraq yol kənarına aşıb. Sürücü yaralı halda kənd sakinləri tərəfindən xəstəxanya aparılsa da yolda dünyasını dəyişib.

Mingəçevirdə isə, avtomobil 4 pıyadanı vurub. Ağır qəza gecə saatlarında baş verib. Hadisə zamanı 57 yaşlı Zülfüqar Nəsibov, 55 yaşlı Labidə Nəsibova, 32 yaşlı Gülnar Hüseynova və 3 yaşlı Mələk Hüseynli müxtəlif dərəcəli bədən xəsasrətləri aldığından xəstəxanaya yerləşdirliblər.Yaralılara tibbi yardım göstərlib, həkimlərin səyinə baxmayaraq Gülnar Hüseynova və onun qızı Mələk Hüseynlinın həyatını xilas etmək mümkün olmayıb. Qəzaya düşən sakinlər bir ailənin üzvləridir. Hər iki faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə