Tovuzda arvadını bıçaqlayan şəxs yaxalanb

Tovuz rayonunda həyat yoldaşını bıçaqlayan şəxs saxlanılıb. Xezerxeber.az-ın məlumatına görə, iyulun 15-də rayonun Avaztəpə kənd sakini, 60 yaşlı Lətifə İsmayılova bədənin müxtəlif nahiyələrinin bıçaq yaraları ilə xəstəxanaya çatdırılıb. Ona tibbi yardım göstərilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.

L. İsmayılovanın həyat yoldaşı, 1953-cü il təvəllüdlü Əliyev Mahir Bəbir oğlu tərəfindən bıçaqlandığı məlum olub. M. Əliyev saxlanılıb. Məlumata görə, M. Əliyev əvvəllər adam öldürməyə görə məhkumlu həyatı yaşayıb. Faktla bağlı Tovuz rayon Polis Şöbəsində araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


VTB