Anasını öldürən keçmiş məhbus bu dəfə arvadını bıçaqladı SƏS TV

Anasını öldürüb məhbusluq həyatı yaşayan Tovuz sakini Mahir Əliyev indi də həyat yoldaşına bıçaqla ölümcül zərbələr endirib. Rayonun Avaztəpə kənd sakini 60 yaşlı Lətifə İsmayılova bədəninin müxtəlif nahiyələrində bıçaq yaraları ilə xəstəxanaya çatdırılıb. Zərərçəkənə lazımı tibbi yardım göstərilib, vəziyyətinin orta ağır olduğu bildirilib. Faktla bağlı Tovuz rayon Polis Şöbəsində araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə