Tovuz sakininin evində qumbara aşkarlanıb

Tovuz sakininin evində qumbara aşkarlanıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən məlumata görə, Tovuz rayon Polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Aşağı Öysüzlü kəndində yaşayan, əvvəllər məhkum olunmuş Aftandil Aslanovun evindən “F-1” qumbarası aşkar edilərək götürülüb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə