Oğuzda baş verən qəzada 5 Balakən sakini xəsarət alıb SƏS TV

Ötən gün səhər saatlarında Oğuz rayon sakini 1988-ci il təvəllüdlü Sabir Yusif oğlu Umarlı idarə etdiyi “Volswagen Touareg” markalı 99 ER 100 dövlət nömrə nişanlı minik avtomobili ilə Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun 122-ci kilometrliyində hərəkətdə olarkən idarəetməni itirməsi səbəbindən maşını yolun kənarındakı xırda gövdəli ağaca vurub. Qəzadan sonra avtomobil aşıb. Qəza nəticəsində sürücü Sabir Umarlı xəsarət almasa da avtomobildə olan Balakən rayonu Katex kənd sakinləri 1973-cü il təvəllüdlü Nəsibə Bayram qızı Şabanova, 2006-cı il təvəllüdlü Səma Rövşən qızı Şabanova, Balakən rayonu Qullar kənd sakinləri 1972-ci il təvəllüdlü Rəsul Nəcməddin oğlu Emçiyev, Rəsulun həyat yoldaşı 1970-ci il təvəllüdlü Həbibə Bayram qızı Emçiyeva və onların 2005-ci il təvəllüdlü qızı Gülnaz aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Oğuz Mərkəzi Rayon Xəstəxanasına aparılıblar. MRX-dan bildirilib ki, yaralılardan 13 yaşlı Gülnaz Emçiyev və iki nəfərin vəziyyətlərini nəzərə alaraq müayinə və müalicələrini davam etdirmək üçün Bakı şəhərindəki xəstəxanalardan birinə göndəriliblər. Daha iki nəfərin isə xəsarətləri yüngül olduğundan müayinə edildikdən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıblar. Faktla bağlı DİN-nin Dövlət Yol Polisi İdarəsinin Baş İstintaq və Təhqiqat bölməsində araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə