FHN Ağsudakı güclü yanğınla bağlı məlumat yayıb SƏS TV

Fövqəladə Hallar Nazirliyi Ağsu rayonunun Bico kəndi yaxınlığındakı güclü yanğınla bağlı məlumat yayıb. FHN-dən verilən xəbərə görə, iyulun 12-də saat 14:30 radələrində Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Ağsu rayonunun Bico kəndi (Ağsu RDYMH-dən 19 km uzaqlıqda) yaxınlığındakı biçilmiş taxıl sahəsi və kol-kos olan ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub. FHN Dövlət Yanğından Mühafizə Xidmətinin (DYMX) canlı qüvvə və texnikası yanğının söndürülməsi işlərinə cəlb edilib. Yanğının yüksəkgərginlikli elektrik hava xətlərinin yaxınlığında baş verməsi yanğının söndürülməsində çətinliklər yaradıb. Yanğın sürətlə geniş ərazilərə yayıldığından qonşu rayonlardan da Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin (DYMX) canlı qüvvə və texnikası, Mülkü Müdafiə Qoşunlarının (MMQ) müvafiq qüvvələri, Aviasiya dəstəsinin “Be-200 ÇS” amfibiya təyyarəsi və "Mi-17" yanğınsöndürmə helikopteri yanğınsöndürmə işlərinə cəlb olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə