Suraxanıda 80 yaşlı qocanı maşın vurub

Bakıda qoca kişini avtomobil vuraraq öldürüb. "Report" xəbər verir ki, hadisə Suraxanı rayonunda baş verib. Belə ki, Hövsan qəsəbəsində O.Şabanov küçəsində yolun piyadalar üçün müəyyən edilməmiş hissəsindən keçən 1938-ci il təvəllüdlü Əlirzayev Cəlal İmran oğlunu minik avtomobili vurub. Yaralı ağır vəziyyətdə 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Həkimlərin verdiyi məlumata görə, o, sağ tərəfli çoxsaylı qabırğa sümüyünün sınığı, qapalı kəllə-beyin travması və baş beyin silkələnməsi diaqnozu ilə xəstəxanaya qəbul edilib. Yaralının vəziyyəti ağır olduğundan onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsi tərəfindən cinayət işi başlanılıb. Polis əməkdaşları tərəfindən avtotexniki ekspetiza təyin edilib. Hadisəni törətməkdə şübhəli bilinən sürücü saxlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə