Kürdəmir rayonunda bıçaqlanma hadisəsi baş verib. "Report"un Mərkəzi Aran bürosunun məlumatına görə, rayonun 1965-ci il təvəllüdlü Qağacılı kənd sakini Hacıkişiyev Çoban Ağakişi oğlu mübahisə zəminində bıçaqlanıb.

Yaralı Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə